7 Noyabr, 2014
"Qalib gəlməsək, istefa verəcəm"

Hollandiya millisinin "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağı Latviya ilə oyun "narıncılar"ın baş məşqçisi Quus Hiddink üçün son matç ola bilər.

Simsar.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 67 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında qarşıdakı görüşdə qələbə qazanmayacaqları təqdirdə istefa verəcəyini açıqlayıb.

"Latviyaya qalib gəlməsək, istefa verəcəm" - deyə Hiddink bildirib.

Qeyd edək ki, Hiddinkin rəhbərlik etdiyi Hollandiya yığması "Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 3 oyundan sonra 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!