7 Noyabr, 2014
“Bayraq günü” münasibətiylə “Vətən” tamaşası göstərildi

9 noyabr “Bayraq Günü” münasibətilə Bakı Uşaq Teatrı Dövlət  Bayraq İdarəsi ilə birlikdə Q. Abbasov adına mədəniyyət sarayında tədbir təşkil edib.

Simsar.az xəbər verir ki, tədbirdə Bakı Uşaq Teatrının repertuarından “Vətən” tamaşası nümayiş olunub.Tamaşa dövlət Himnimizə və Dövlət bayrağımıza həsr olunub. İdeya İntiqam-Soltana, quruluş İntiqam-Soltan və Ayşad Məmmədova, bəstə Üzeyir bəy Hacıbəyliyə məxsusdur. Rolları ifa edirlər: Rauf Hüseynli, Niyaz Qasımov, Cavanşir Məhərrəmov.

Tədbirdə Bakı Şəhər Təhsil idarəsinin işçiləri iştirak etmişdir. 7 noyabrda isə “Vətən” tamaşası Nəsimi Rayon İcra hakimiyyətində nümayiş olunub.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!