7 Noyabr, 2014
Bayraq günü fərqli qeyd olundu - FOTOLAR

Simsar.az xəbər verir ki, “Aztelekom” İstehsalat Birliyinin gəncləri “Bayraq günü” ərəfəsində özünəməxsus tədbir keçiriblər. Həmişə seçilməyi bacaran “aztelekom”çu gənclər tədbiri ictimaiyyət arasında qeyd ediblər. Belə ki, gənclərimiz üçrəngli bayrağımızı əllərində götürərək, metronun “20 Yanvar“ stansiyasının yaxınlığında “20 Yanvar” Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin ətrafında toplaşıblar. Ətrafdan keçən insanlara bayraqlar hədiyyə olunaraq bayramları təbrik edilib.

Gənclərin bu bayram aksiyası insanlar tərəfindən böyük maraqla qarşılanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!