7 Noyabr, 2014
“Yaşasın Osmanlılar” marşı 98 il sonra ortaya çıxdı

Almaniyanın Dövlət Kitabxanasında 1916-cı ildə bəstələnmiş “Yaşasın osmanlılar” türk marşının sözləri və musiqi notlarından ibarət kitabın əsas nüsxəsi tapılıb.

Simsar.az  Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Osmanlı dövlətinin Vyanadakı sonuncu səfiri Hüseyn Helmi Paşaya həsr olunmuş əsər bəstəkar M.Bütner - Valdmüller tərəfindən notlaşdırılıb. Bəstələnəndən az sonra sözləri türk və alman dillərində yazılmış əsərin Vyana, Leypsiq və Budapeşt şəhərlərində təqdimatı keçirilib.

Kitabın üz qabığında, bu kitabın satışından, bəstədən və musiqinin ifasından əldə olunan gəlirlərin Qızıl Aypara Cəmiyyətinin fonduna köçürüldüyü barədə qeyd var.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!