15 Aprel, 2011
Məscidin bağlanma xəbəri yalan çıxdı

Qaradağ rayon Polis İdarəsi: “Bu xəbəri verən adam səhv danışıb”

Bu gün Qaradağ rayonu Müşviqabad qəsəbəsində yerləşən məscidin qapadılması xəbəri yayılıb. Bu barədə Simsar.az-a məscidin dini icmasının üzvü Rəşad Məmmədov məlumat verib. 
Onun sözlərinə görə, artıq 10-gündür ki, rayon Polis İdarəsinin və 10-cu bölmənin rəisləri məscidə gələrək dini icmadan məscidin qapadılmasını tələb edirlər. Bu gün isə polislər məsciddə cümə namazının qılınmasına imkan verməyiblər.
Xəbərin nə qədər həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün Simsar.az saytının əməkdaşı Qaradağ rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarənin növbətçisi məlumatı təkzib edib: “Hansısa məscidin qapadılmasından söhbət gedə bilməz. Belə xəbər kökündən yalandır. Bu xəbəri verən adam səhv danışıb”.


Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!