6 Noyabr, 2014
Türkiyəyə gedənlərə pis xəbər

Türkiyə ölkəyə gələn əcnəbilər üçün şərtləri ağırlaşdırıb.

Simsar.az-ın məlumatına görə, qardaş ölkəyə səfər edəcək xaricilər pasportunun etibarlılıq müddəti bu ölkəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır.

Müvafiq qanun gələn il yanvarın 1-də qüvvəyə minəcək.

Türkiyənin Turizm nazirliyindən verilən açıqlamada bildirilib ki, hazırda Türkiyəyə səfər etmək üçün xarici pasport səfər başa çatanadək 3 ay etibarlı olmalıdır, əgər pasport səfərin sonunadək etibarlı idisə, de-fakto kifayət edirdi: "Gələn il yanvarın 1-dən xarici pasportun etibarlılıq müddəti Türkiyəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!