6 Noyabr, 2014
Bu yol 3 gün bağlı olacaq

Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Simsar.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə verilən məlumata görə, paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacaq.

Avtomobil sahiblərinə, sürücülərə təmir işləri başa çatana qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!