6 Noyabr, 2014
“Qarabağ”ın oyununa bilet qalmadı

Bu gün “Qarabağ”ın “Dnepr”lə oyununa bütün biletlər satılıb.

Simsar.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, 30 min biletin hamısı artıq satılıb və Tofiq Bəhramov stadionunda boş yer qalmayıb. Məlumata görə, kassaların önündə izdiham yaşanır. Azarkeşlər bilet axtarışında olsa da, yerlər tamamilə dolub.

Qeyd edək ki, bu görüşdə qələbə “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şanslarını xeyli artıracaq. Rəqibin məğlubiyyəti isə onların qrupu adlamaq ümidlərini demək olar ki, dəfn etmiş sayılacaq. Matç saat 21:00-da başlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!