6 Noyabr, 2014
Özünü anakondaya yem etdi – DƏHŞƏT – VİDEO

Təbiət elmləri alimi Paul Rosoli, Discovery Channel-ın “Eaten Alive” adlı proqramı üçün öz istehsal etdiyi “zəhər keçirməz” qoruyucu kostyum geyərək özünü udması üçün böyük bir anakondanın qabağına çıxıb.

7 dekabrda efirə gedəcək proqramın reklam videosu dünyada böyük marağa səbəb olub. Lakin heyvanseverlər reytinq üçün bir canlıya əziyyət verir deyə Rosolini tənqid ediblər.

Proqramın efirə getməməsi üçün bir internet saytında imza kampaniyası başladıladılıb. 26 yaşlı təbiət alimi isə, “məni tanıyanlar bilirlər ki, heç bir canlıya zərər vermərəm” – deyərək özünü müdafiə edib.

Qeyd edək ki, Amazon meşələrində yaşayan anakondaların uzunluğu 9 metrə çatır.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!