6 Noyabr, 2014
Fransız rəssamın əsəri 65 milyon dollara satıldı

Nyu Yorkda təşkil olunan sərgidə 65 milyon dollara satılan Fransız rəssamı Eduard Manet, hərrac rekordunu qırdı.

Simsar.az xəbər verir ki, sərgidə 1883- cü ildə vəfat edən fransız rəssamı Manetnin şah əsəri olan “Yaz” adlı portreti 65 milyon dollara satılıb.

Əsərə 25-30 milyon dollar dəyər biçilib. Təəssürat rəssamı olan Manetnin yağlı boya ilə yaratdığı  “Yaz” əsəri parisli bir aktrisanın portretidir.  Əsər 65 milyon dollara satılmaqla, 2010-cu ildə Londonda keçirilən sərgidəki 33 milyon 200 min dollarlıq hərrac rekorunu qırmış oldu.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!