6 Noyabr, 2014
İŞİD Zummarı itirdi

Terrorçu “İŞİD” Mosulun Zummar bölgəsini tərk etmək məcburiyyətində qalıb.

Simsar.az xəbər verir ki, peşmərgə silahlıları günlərlə davam edən gərgin döyüşlərdən sonra Zummar bölgəsinin nəzarətini  tam ələ keçirib. “İŞİD” silahlıları bölgəni tərk edərkən bir çox məntəqələri minalayıb. Artıq Bir minalanmış evlərdə baş verən partlayış nəticəsində 3 peşmərgə həlak olub.

Üç ay ərzində “İŞİD”in əlində olan Zummar xarabalığa çevrilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!