15 Aprel, 2011
Qızıl və gümüş medalların dizaynı necə olacaq?

“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin təsdiq edilməsi haqqında qərar verildi

Simsar.az-ın məlumatına görə, qərara əsasən medalın ön tərəfində ölkəmizin gerbi, arxa tərəfində isə çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.
Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunur.
Medallar bürünc metaldan hazırlanır. Qızıl medalın səthinə qızıl, gümüş medalın səthinə gümüş suyu çəkilir.
Medallar qırmızı rəngli plastik qutulara qablaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!