5 Noyabr, 2014
Həkimlər 8 nəfəri Ebola virusuna yoluxdurdu

İsveçrədə Ebola ilə mübarizədə yeni peyvənd sınaqdan keçirilib.

ANS PRESS-in məlumatına görə, Lozanna şəhərində yerləşən CHUV Universitetinin klinikasında Darçi Kristen verdiyi açıqlamada bildirib ki, ebola peyvəndləri 8 könüllü üzərində sınaqdan çıxarılıb. Peyvəndin nəticələri 14 günə məlum olacaq.

Xəstəxanaya könüllü olaraq 120 adamın müraciət etdiyini ifadə edən Kristen onlara dəyişik dozalarda Ebola peyvəndinin ediləcəyini və müəyyən bir müddət nəzarət altında saxlanılacağını deyib. Bu adamların vəziyyətlərinə görə, peyvənd haqqında məlumat əldə ediləcək və araşdırmalar davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!