5 Noyabr, 2014
İŞİD ABŞ-ın bu həbsxanasında yaradılıbmış - Foto

Dünyanın başına bəla olan İŞİD terror təşkilatının yaradıldığı yer mediaya sızıb.

Simsar.az xəbər verir ki, “Vaşinqton Post” qəzeti İŞİD-in qurulduğu yerin ABŞ-ın Küveytdə yaratdığı Bucca həbsxanası olduğunu iddia edib.

Qəzet İraq müharibəsi zamanı həbs olunan 9 nəfərin azadlığa çıxdıqdan sonra yüksək rütbəli İŞİD komandirləri olduğunu yazıb.

Həbsxanada 100 min adamın saxlanıldığı və açıldıqdan qısa müddət sonra bağlandığı bildirilir. Həbsxana bağlandıqdan sonra məhkumlar azadlığa buraxılıblar.

İŞİD lideri Əbu Bəkir Bağdadinin də 5 il Bucca həbsxanasında qaldığı bildirilir.

Əbu Bəkir Bağdadinin İŞİD komandirləri Əbu Müslim Türkmən, öldürülən hərbi komandir Hacı Bəkir və xarici döyüşçülərin lideri Əbu Noyabr ilə Bucca həbsxanasında tanış olduğu iddia edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!