5 Noyabr, 2014
Rayonlara əlavə texnikalar cəlb olunub

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbər işçiləri taxıl səpininin gedişinə əməli kömək göstərmək üçün Şəkinin Turan qəsəbəsində məhsul istehsalçıları ilə görüşüb, quraqlıqdan ziyan çəkmiş fermerlərə göstərilən xidmətlərin (şum, səpin) tarif qiymətlərində 20 faiz endirim ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında da fermerlərin iştirakı ilə müşavirələr keçirilib, işlərin səmərəli təşkili və texniki dəstək məsələləri müzakirə olunub. Şumun və səpinin sürətləndirilməsi məqsədilə qonşu rayonlardan texnikalar gətirilib.

Qeyd edək ki, bölgələrdə, xüsusilə quraqlığın daha çox təsir göstərdiyi dağlıq və dağətəyi bölgələrdə yerləşən Şamaxı, Şəki, Samux və Tovuz rayonlarında payızlıq dənli bitkilərin səpinində ləngimələr müşahidə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!