5 Noyabr, 2014
“Azərneftyağ”ın fəaliyyəti dayandırıldı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərneftyağ” neft emalı zavodu (NEZ) fəaliyyətini dayandırıb.

Simsar.az xəbər verir ki, bu haqda jurnalistlərə müsahibəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev bildirib ki, bitum və müxtəlif yağların istehsalı 2017-ci ildən etibarən Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) həyata keçiriləcək. Bu məqsədlə layihə gücü 8 milyon tona çatdırılacaq BNEZ-də krekinqin rekonstruksiyası nəzərdə tutulur. Beləliklə, respublikanın bitum, yağ, benzin və dizel məhsullarına olan tələbatı bir zavod vasitəsilə ödəniləcək.

AzərTAc

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!