5 Noyabr, 2014
İŞİD daha 4 jurnalisti öldürdü

Bir həftə bundan öncə İŞİD tərəfindən İraqın Mosul şəhərinə qaçırılan 12 jurnalistdən 4-ü qətlə yetirilib.

Simsar.az “Manşethaber.com” saytına istinadən xəbər verir ki, alman agentliklərinin yaydığı məlumata görə, terrorçular başları kəsilərək qətlə yetirdikləri jurnalistlərin cəsədlərini Mosul sağlamlıq mərkəzinə veriblər.

Qaçırılıdıqları iddia edilən jurnalistlərin Mosul İnsan Haqları təşkilatı tərəfindən itkin düşdüyü bildirilsə də, İngiltərənin “Qardian”qəzeti də jurnalistlərdən 3-nün kimliyini təsbit etdiyini yazıb. Bunlardan Talal Qais, Valid Akid, Əşrəf Abadi qaçırılanlar arasında olublar.

Xatırladaq ki, İŞİD daha əvvəl  amerikalı jurnalistlər Ceyms Foleyve, Steven Sotloff ilə ingilis səhiyyə işçiləri Alan Henninq ve Devid Hainesin başlarını kəsərək qətlə yetirmiş və bunun video görüntülərini də yayımlamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!