5 Noyabr, 2014
Türkiyə Ukraynadakı seçkiləri tanımır

Türkiyə Xarici İşlər Nazirliyi noyabrın 2-də Ukraynada keçirilən seçkiləri və nəticələrini tanımadığını bildirib.

Simsar.az Türkiyə KİV-nə istinadən məlumat verir ki, XİN bu barədə rəsmi açıqlama verib. Yazılı açıqlamada bildirilib ki, “Ukraynanın separatçı Donetsk və Luqansk bölgələrində 2 noyabrda keçirilən, ancaq Ukrayna, Rusiya Federasiyası və ATƏT-in iştirakı ilə razılaşma əldə edilən 5 noyabr 2014 tarixli Minsk Protokolu ilə Ukrayna hüquqlarına zidd olan seçki və nəticələri Türkiyə tərəfindən tanınmır”.

Açıqlamada həmçinin bildirilib ki, bölgədəki əmin-amanlığa ciddi dərəcədə təhlükə törədən böhranın həlli üçün mühüm əhəmiyyət kəsb edən Minsk Protokolu ilə əldə olunan uğurların itirilməsi üçün bütün tərəflər birgə hərəkətə dəvət edilib.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!