5 Noyabr, 2014
Bakı və Sumqayıt məktəbliləri "Bayraq yürüşü" edəcəklər

Noyabrın 8-də saat 14.00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin “SABAH” qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcəklər.

“Bayraq yürüşü”nün Milli Parkın ərazisində saat qülləsinin yanından başlanması və Dövlət Bayrağı Meydanınadək keçirilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!