4 Noyabr, 2014
ABŞ ilk dəfə hədəfə vurdu

ABŞ-ın başçılıq etdi anti-İŞİD koalisiyası terror qruplaşmasının Kobaniyə gedən maşın karvanına hava zərbələri endirib.

Simsar.az-ın məlumatına görə, hava hücumu nəticəsində İŞİD-in maşın karvanı məhv edilib.

Havadan və qurudan edilən hücum nəticəsində İŞİD-in 24 yaraqlısı öldürülüb. Həmçinin terror qruplaşmasının yaraqlıları arasına xeyli yaralanan olub.

Bu arada Şimali İraq Kürd Muxtariyyəti Kobaniyə yardım etmək üçün ikinci silah və hərbi təchizat daşıyan maşın karvanını yola salıb.

Peşmergelərə silahlar Türkiyə üzərindən çatdırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!