4 Noyabr, 2014
Qazlaşdırılan yeni tikililər artır

"Azəriqaz" İstehsalat Birliyi (İB) bu ilin yanvar-oktyabr aylarında 160 çoxmərtəbəli binanı qazlaşdırıb. Bunu Simsar.az-a Birlikdən deyiblər.

İB-dən bildiriblər ki, qeyd edilən binalarda 12 179 mənzil qazlaşdırılıb.

Ötən il Azərbaycanda ümumilikdə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli bina qazlaşdırılmışdı.

İB-nin məlumatına görə, ölkədə qaz abonentlərin sayı 1,7 milyonu ötür. Ölkədə qazlaşdırmanın səviyyəsi 90,4 faizdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!