15 Aprel, 2011
İbrahim Tatlısəsin sevgilisinə qadağa mesajı

"Səndən bir tək şey istəyirəm"

13 mart gecəsi başından vurulduğu üçün Almaniyada müalicə edilən İbrahim Tatlısəsin sevgilisi Ayşəgül Yıldız uzun müddət sonra səssizliyini pozub. Yıldızın sözlərinə görə, Tatlısəs vurulmazdan beş saat əvvəl onların arasında kiçik bir mübahisə yaranıb. Qazetevatan.com saytının xəbərinə görə, mübahisədən bir müddət sonra İbo sevgilisinə mesaj yazıb. Mesajın məzmunu belə olub: “Aşkım, bu gün-sabah nə olacağı bəlli deyil. Səndən bir tək şey istəyirəm. Nə olar, mən ölsəm, başqasına ərə getmə. Səni çox sevirəm”. 


Mesajdan sonra A.Yıldız Tatlısəsə zəng edib və sevgililər barışıblar. Məlumatlara görə, Yıldız sevgilisinin vurulduğunu eşitdiyi zaman şoka düşüb. Universitet tələbəsi olan A.Yıldız imtahanlardan sonra yorğun olduğu üçün İbrahimlə birlikdə Almaniyaya gedə bilmədiyini deyib.

Məlumatlara görə, Yıldız dostlarına Tatlısəsin yaxşı olduğunu deyib: “İbrahimlə hər gün danışırıq, səhhəti yaxşıdır. Mənim bişirdiyim yeməklər üçün çox darıxıb. Türkiyəyə qayıdanda onu heç tək buraxmayacağam”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!