15 Aprel, 2011
İsa Qəmbər Baş Polis İdarəsində

Müsavat başqanı yoxlanıldı

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün saat 11-də Bakı Şəhər Baş Polis İdarəsinə gəlib. Bu barədə BŞBPİ-nin binası qarşısında olan "Yeni Müsavat" qəzetinin əməkdaşı Samir Kazımlı təmsil olunduğu qəzetə xəbər verib. 


Məlum olduğu kimi, İsa Qəmbər 2 aprel aksiyası ilə bağlı qaldırılmıış cinayət işində şahid qismində ifadə vermək üçün dəvət olunub. Bu barədə dünən Müsavat Partiyasına rəsmi bildiriş gətirilib.

Reportyorumuzun sözlərinə görə, İsa Qəmbər BŞBPi-nin önündə gözləyən jurnalistlərə bu cinayət işinin qurama olduğunu. siyasi mötiv daşıdığını bildirib və deyib ki, bu, müxalifətə təzyiqdir.

Daha sonra Müsavat başqanının üstü aranıb və İsa Qəmbər binaya daxil olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!