3 Noyabr, 2014
"Boko Haram" Nigeriyada şiələrə divan tutdu

Aşura mərasimində 23 nəfər öldürüldü. “Reuters”in Nigeriyadan verdiyi xəbərdə deyilir ki, bədəninə bomba sarımış intiharçı Aşura günü dini mərasim keçirən şiələrin arasına soxularaq, özünü partladıb. Nəticədə 23 nəfər ölüb. Hadisə bazar ertəsi Yobe şəhərində baş verib. Bu barədə hadisənin şahidləri olan nigeriyalılar agentliyə məlumat verib. Agentlik bildirir ki, intihar hücumun həyata keçirən şəxs mərasim iştirakçılarına qoşulmaq üçün Potiskum şəhərindən yola çıxıb. Həmin şəhər isə sünni terror təşkilatı olan "Boko Haram"ın xüsusən nüfuzlu olduğu yerdir. Yusif Abdullahi agentliyə bildirib. “Mən dəhşətli partlayış səsi eşitdim. Elə bil ki, partlayış mənim otağımın içində olmuşdu. Ancaq hadisə mənim yaşadığım evdən 200 metr kənarda baş vermişdi”, Yusif agentliyə deyib. İntiharçıya partlayışı törətməkdə yardımçı olmuş şəxs isə polis tərəfindən həbs olunub. Qardaşı ölənlər arasında olan Məhəmməd Gana deyib ki, o, 23 nəfərin meyitini sayıb. Agentlik qeyd edir ki, Boko Haram 5 ildir ki, Nigeriyada İslam dövləti qurmaq uğrunda müharibə aparır. Bunun nəticəsində minlərlə nigeriyalı terrorun qurbanı olub. Bu terror təşkilatı Afrikanın əhali baxımından ən böyük ölkəsi olan Nigeriyanın iqtisadiyyatını, xüsusən neft sektorunu tez-tez iflic edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!