3 Noyabr, 2014
Obamanın reytinqi rekord həddə aşağı düşdü

ABŞ prezidentinin reytinqi rekord həddə aşağı düşüb.

Simsar.az-ın məlumatına görə, The Washington Post qəzeti və NBC telekanalı bununla bağlı əhali arasında sorğu keçirib.

Sorğunun nəticələrinə görə, amerikalıların 44%-i Barak Obamanın prezident olmasını dəstəkləyir.

Lakin əhalinin 46%-i isə Obamanı prezidentliyə layiq görmür və lider kimi qəbul etmirlər.

Sorğu oktyabrın 23-dən 26-na kimi davam edib. Sorğuda 1204 sakin iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!