3 Noyabr, 2014
Merkel İngiltərənin Aİ-dən çıxmasını istəyir

Almaniya kansleri Angela Merkel Avropa İttifaqında miqrasiya barədə qanun layihəsini dəstəkləyən İngiltərə Baş naziri Devid Kamerona qarşı çıxıb.

Simsar.az xəbər verir ki, İngiltərə Baş naziri Devid Kameron işsiz miqrantların Avropa İttifaqına girişlərinə icazəsi verilməməsi barədə qanun layihəsinin qəbul olunmasını tələb edib. Qanun layihəsinə görə, üç ay ərzində dolanışıqlarını təmin edə bilməyən miqrantlar Avropa İttifaqından çıxarılacaq.

Lakin Almaniya kansleri Angela Merkel Devid Kameronun bu təklifinə qarşı çıxıb.

Merkel Kameronun layihəni dəstəkləyəcəyi təqdirdə, İngiltərənin Avropa İttifaqından çıxmasını istədiyi bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!