3 Noyabr, 2014
Avtobuslar “İmamzadə”yə pulsuz gedəcəklər - Fotolar

Simsar.az-a daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi tərəfindən Aşura gününün mütəşəkkil və təhlükəsizlik şəraitində keçməsi üçün ciddi hazırlıq işləri aparıb. Əsas dini ziyarətgahlardan biri olan “İmamzadə” dini kompleksində ziyarətçilər üçün hər cür şəraiti olan çadırlar qurulub, istilik, su ilə təmin olunub.

Zəvvarlara tibbi xidmət göstərmək məqsədi ilə ixtisaslaşdırılmış həkim briqadası və təcili tibbi yardım maşınları ayrılıb. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə daşınması üçün pulsuz nəqliyyat təşkil edilib.

Aşura günündə talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!