3 Noyabr, 2014
HƏMAS BMT-nin yardımını rədd etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzanın yenidən inşası məqsədilə bölgəyə inşaat vəsaiti göndərilməsi ilə bağlı qəbul etdiyi qərar HƏMAS tərəfindən rəsmən rədd edilib.

Simsar.az xəbər verir ki, HƏMAS sözçüsü Musa Əbu Ruzi özünün Feysbuk səhifəsində bu barədə məlumat verərək, təşkilatın BMT planından imtina etdiyini açıqlayıb.

Xatırladaq ki, BMT baş katibinin Yaxın Şərq koordinatoru Robert Serri Qəzzanın yenidən inşası məqsədilə bölgəyə BMT nəzarətində olan inşaat vəsaiti gətirilməsi üçün İsrail və Fələstinin razılaşdığını bildirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!