3 Noyabr, 2014
İnzaqi məğlubiyyətdən sonra ağladı - FOTO

"Milan"ın baş məşqçisi Filippo İnzaqi İtaliya A seriyasında "Palermo"ya məğlubiyyətdən (0:2) sonra ağlayıb.

Simsar.Az-ın məlumatına görə, gənc mütəxəssis matçdan sonra İtaliyanın "Sky" telekanalına müsahibə verərkən göz yaşlarını saxlaya bilməyib. O, müsahibəsində məğlubiyyətin səbəbkarının özünün olduğunu deyib.

Qeyd edək ki, F.İnzaqi bu ilin iyunundan "Milan"ı çalışdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!