3 Noyabr, 2014
Gəmidə ölənlərin sayı açıqlandı

İstanbulda Boğaz içinin Qara dənizə çıxışı olan Rumeli Fənəri sahili yaxınlığında baş verən qəzada ölənlərin sayı açıqlanıb.

Simsar.az xəbər verir ki, qaçaq immiqrantları daşıyan gəminin batması nəticəsində 24 nəfər ölüb, 7 nəfər isə xilas edilib.

Sahil Təhlükəsizlik Xidməti verdiyi açıqlamada axtarış tədbirlərinin davam etdirildiyini bildirib: “İstanbul boğazı çıxışından 3 mil şimalda göyərtəsində bir qrup immiqrantın olduğu gəmi batıb. Məlumat daxil olduqdan dərhal sonra 7 Sahil Təhlükəsizlik gəmisi və iki vertolyot axtarış işlərinə cəlb olundu. 7 nəfər xilas edilib. 24 nəfərin cəsədini sudan çıxartmışıq. Ölənlərin kimliyi müəyyənləşdirilir və axtarış tədbirləri davam etdirilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!