3 Noyabr, 2014
Bakıda polkovnik intihar etdi

Xətai rayonunda intihar hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Həzi Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 55 yaşlı Malik Mustafayev özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, M. Mustafayev polkovnik rütbəsi daşıyıb. O, bir neçə ay əvvəl işdən çıxarılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!