15 Aprel, 2011
7 əsgəri qətlə yetirilən hərbi hissənin komandiri məsuliyyətə cəlb edilib

Zakir Qaralov: “Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”

Azərbaycanda 7 əsgərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi ilə bağlı hərbi hissənin komandiri məsuliyyətə cəlb edilib. Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.

"Tərəfimizdən keçirilən müxtəlif ekspertizalar nəticəsində məlum olub ki, hadisəni həmin əsgərlərdən biri törədib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Həmin hadisənin baş verən hərbi hissənin rəhbərliyinin çoxsaylı qanun pozuntularına yol verdiyi aşkarlanıb" Qaralov deyib.

Fevralın 20-də saat 9.40 radələrində Azərbaycanda hərbi hissələrin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Fakta görə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!