15 Aprel, 2011
Telman Adıgözəlovsuz bir il

Aktyor çəkildiyi filmlərdə yaddaqalan obrazlar yaradıb

Bu gün Azərbaycan Respublikasının xalq artisti, aktyor Telman Adıgözəlovun vəfatından bir il ötür. 

2010-cu il aprelin 15-i 57 yaşlı aktyor ürək çatışmazlığından vəfat edib.

1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olan T. Adıgözəlov, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.

"Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", “Yarımştat” televiziya tamaşalarında, “Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm", “Yol əhvalatı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!