2 Noyabr, 2014
Ov tüfəngi ilə başından vurdu

Şirvan sakini ov tüfəngi ilə özünü öldürüb.

Simsar.az-ın məlumatına görə, Şirvan Polis Şöbəsindən APA-ya verilən xəbərdə bildirilir ki, bu gün saat 17.00 radələrində Şirvan şəhəri G.Şıxbala oğlu küçəsi, ev 38, mənzil 5 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Qarayev Əfqan Niyazi oğlu 16 kalibrli ov tüfəngindən atəş açaraq intihar edib.

Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ekspertinin verdiyi rəyə görə, çənəaltı və boğaz nahiyəsinə dirənən silahdan açılan güllə yarası Əfqan Qarayevin ölümünə səbəb olub.

İntihar edən şəxsin qohumlarının bildirdiyinə görə, son aylar mərhumun psixoloji durumunda problemlər yaranıb. Hətta bir müddət əvvəl Ə.Qarayevin özünü asmaqla intihar etmək cəhdinin qarşısı yaxınları tərəfindən alınıb.

Faktla bağla Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!