2 Noyabr, 2014
Nazənin böhtanların qarşısında susmayacaq - ÖZƏL

Simsar.az xəbər verir ki, ANS TV də Rövşanə Ağasəfqızının təqdimatında yayımlanmış "Bazar səhəri" verilişində Təranə Qumral,  tanınmış estrada müğənnisi Nazəninin ünvanına yağdırdığı böhtanlara görə məhkəmədə cavab verəcək.

Saytımız vasitəsilə media nümayəndələrinə müraciət edən Nazənin, Təranənin ucuz reklamını gözündə qoyacağını bu sözlərlə təsdiqlədi: "Nümunəvi ailəmin olması çoxlarına məlumdur.

Mən ailəmlə bağlı gündəm yaratmağın həmişə əleyhinə olmuşam. Jurnalistlərə üzümü tutub deyirəm ki, ünvanıma söylənilən şər-böhtana görə o, məhkəmə zalında cavab verəcək.

Vəkilim bu işlə çox ciddi məşğuldur.

Adını belə çəkməyi özümə yaraşdırmadığım müğənni qanun çərçivəsində öz cəzasını alacaq. Mənim bütün media mənsublarına hörmətim var. Xahiş edirəm bu mövzuda mənə bir daha suallar verməsinlər.  Məhkəmənin ədalətli qərar qəbul edəcəyinə çox inanıram".

Məlumat üçün bildirək ki, Nazənin xanımın prodüseri Pərviz Fəqanla Musa Musayev arasında dünən gecə dava olub.

Və T.Qumral bu hadisəni mövzuya çevirərək özünü Nazəninlə gündəmə gətirməyə çalışır.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!