1 Noyabr, 2014
Məmuru zibil çəninə atdılar

İnternetdə Dnepropetrovskda Ukrayna radikal aktivistlərin qadın məmuru necə zibil konteynerinə atdığı video yayılıb.

Simsar.az-ın məlumatına görə, "zibil çənləri inqilabı"nın növbəti qurbanı Viktoriya Qojiy olub. Aksiyanın iştirakçılarının qışqırıqlarına əsasən, şəhər şurası icraiyyə komitəsinin hüquq idarəsinin müdiri Viktoriya korrupsiyada ittiham edirlər.

Kadrlarda görünür ki, qəzəblənmiş camaat məmuru mühasirəyə alır. Qojiy zibil qabının yanına gətirib, güclə onun içinə salırlar. Bu halda camaat qadının ünvanına bərkdən təhqirlər qışqırır.

Bu və ya digər vəzifəli şəxslərin iyustrasiyasi tələbiylə aksiyalar payız boyu bütün ölkə üzrə davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!