1 Noyabr, 2014
Amitab Baççan Mumbay küçələrini süpürdü

Məşhur  Bollywood  ulduzu Amitab Baççan Hindistanın Mumbay şəhərində küçəyə çıxaraq təmizlik işləri görüb.

Simsar.az xəbər verir ki, Hindistanın ən böyük problemlərindən biri olduğu bildirilən küçə çirklənməsinə baş nazir Modinin əl atması, ölkədə öz təsirini göstərməyə başlayıb. Belə ki nazirin başlatdığı kampaniyaya Bollywood ulduzlarından Salman Xan, Hritik Roşandan sonra əfsanəvi aktyor Amitab Baççan da qoşulub.  71 yaşlı aktyor bu haqqda şəxsi tvitter hesabında paylaşım edib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!