1 Noyabr, 2014
Bakıda bomba həyəcanı

Oktyabrın 31-də saat 11.37 radələrində Bakıda yerləşən “Sazz” internet şirkətinə partlayıcı qoyulması barədə məlumat daxil olub.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şirkətdən DİN-in "102  Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən Baş Ofisə zəng etmiş naməlum şəxsin “İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə müraciət edilib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!