1 Noyabr, 2014
Bakıda gözdən əlil metro xəttinə yıxılıb

Bakı metrosunda sərnişin qatar xəttinə yıxılıb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 31-də metronun Əhmədli stansiyasında qeydə alınıb.

Bakı şəhər sakini, I qrup gözdən əlil Ramiz İsmayılov ehtiyatsızlığı nəticəsində qatar xəttinə yıxılıb və o, polis əməkdaşları tərəfindən xilas edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!