1 Noyabr, 2014
Ölkəyə qar yağacaq

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Simsar.az-a açıqlamasında bildirib ki, şimal-qərb küləyi güclənəcək, havanın temperaturunun gecə 8-10, gündüz 10-13, axşama doğru 5 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sabah havanın yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!