1 Noyabr, 2014
“Mursiyə səhv məlumat verdik” deyən zabit həbs olundu

Misir məhkəməsi, ölkənin keçmiş prezidenti Məhəmməd Mursiyə qəsdən səhv məlumat verildiyini açıqlayan təqaüddə olan zabit Sərvət Cudaya bir il həbs cəzası verdi.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə qərarının ən diqqət çəkən tərəfi isə həbsin səbəbidir. Cuda “prezidentə səhv məlumat vermək” dən yox “milli mühafizəyə zərər verən məlumatları açıqladığı” üçün həbs olunub.

Qeyd edək ki, təqaüddə olan zabit, sentyabr ayında “El Vatan” qəzetində verdiyi müsahibəsində “Mursinin bir vətən xaini olduğunu, hələ vəzifəyə gəlməmişdən əvvəl bilirdik. Ona nə üçün doğru məlumat verməliydik ki?” ifadəsini işlətmişdi.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!