1 Noyabr, 2014
Türkiyədə mədən çökdü - Torpaq altında qalanlar var

Türkiyədə da bir mədən faciəsi baş verib. APA TV-nin xəbərinə görə, çökmə Bartın vilayətində özəl kömür mədənlərinin birində meydana gəlib. Torpağın altında 3 çinli mədənçi qalıb. Əraziyə gələn xilasedicilər tərəfindən mədənçilərdən biri torpaq altından çıxarılıb, digərlərinin axtarışları davam edir. Xilas edilən 40 yaşlı Çin vətəndaşı Shouping Suna xəstəxanaya aparılıb.

Qeyd edək ki, bu, Türkiyədə son bir həftədə baş verən ikinci mədən çökməsidir. Oktyabrın 28-də Türkiyənin Karaman bölgəsindəki kömür mədənində baş verən qəzada 18 mədənçi həyatını itirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!