1 Noyabr, 2014
Paytaxtdakı möhtəşəm yarış başladı - VİDEO

Bakıda bu gün və sabah FİA Gt seriyası üzrə “Baku World Challenge” avtomabil yarışları üzrə dünya çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, yarışdan qabaq iştirakçı avtomobillərin və köhnə “Formula-1” maşınlarının paradı keçirilib. Parad Dövlət Bayrağı Meydanından start götürüb və Heydər Əliyev Mərkəzində yekunlaşıb.

Qeyd edək ki, dünya çempionatında 15 komandanın 30 avtomobili iştirak edir. Bundan əlavə “Formula-1” yarışı üzrə 10, drift üzrə 5 maşın öz məharətini nümayiş etdirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!