15 Aprel, 2011
Alla Puqaçovanın doğum günüdür

Məşhur müğənni hələ ki, oxumayacaq

Bu gün SSRİ xalq artisti Alla Puqaçovanın doğum günüdür. Onun 62 yaşı tamam olur. 

Moskvada doğulan müğənni Keçmiş sovetlər birliyində ən çox tanınan isimlərdən biri idi. 60-a yaxın musiqi albomları və cd diskləri olan müğənni cəmi bir filmə çəkilib və müxtəlif filmlərdə mahnılar oxuyub.

2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev A. Puqaçovanı Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə «Dostluq» ordeni ilə təltif edib.

Hazırda məşhur müğənni səhhəti ilə əlaqədar olaraq səhnədən uzaqlaşıb.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!