1 Noyabr, 2014
Yorğunluğu ölçən cihaz kəşf edildi

Yaponiyanın müxtəlif tip oyun konsolları ilə məşhur olan “Nintendo Co.” korporasiyası insan yuxusunun dərinliklərinə nəzarət üçün dünyanın ilk məişət cihazını hazırlayaraq onu satışa çıxarmağa hazırlaşır.

Axar.az xarici mətbuata istinadənxəbər verir ki, bu barədə Tokioda ekspertlərlə görüşdə korporasiya prezidenti Satoru İvata məlumat verib.

Yatağa yerləşdiriləcək cihaz mikrodalğalı şüalanma vasitəsilə yatmış insanın nəfəsini, nəbzini və vəziyyətinin digər parametrlərini izləyəcək. Əldə edilən məlumatlar uzaqda yerləşən serverə göndərilərək orada təhlil edilir və aparat sahibinə onun yorğunluq dərəcəsi barədə xəbər verilir, eləcə də qida rasionunun yaxşılaşdırılması, fiziki hərəkətlər və s. üzrə tövsiyələr edilir.

“Nintendo Co.” prezidenti qeyd edib ki, cihaz 2015-ci ildə satışa çıxarılacaq və o vaxt onun qiyməti elan ediləcək. Korporasiya sağlamlıq vəziyyətinə nəzarətlə bağlı qurğuların istehsalını genişləndirmək niyyətindədir

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!