1 Noyabr, 2014
Azərbaycan çempionu yeni mövsümə start verir

Bu gün qadın voleybolçular Azərbaycan Super Liqasına start veriləcək. Apasport.az saytının məlumatına görə, 2014/2015 mövsümünün açılış matçı son illərin dəyişməz çempionu “Rabitə”nin iştirakı ilə baş tutacaq.

Dejan Brdjoviçin yetirmələri “Azərreyl”i qəbul edəcəklər. “Gənclik” Olimpiya İdman Kompleksində keçiriləcək görüşdə “dəmiryolçular”ın xal qazanmaq şansı çox aşağıdır.

I tur

1 noyabr

17:00. “Rabitə” – “Azərreyl”

“Gənclik” Olimpiya İdman Kompleksi

Qeyd edək ki, turun digər – “Azəryol” – “Lokomotiv” matçı sabah olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!