1 Noyabr, 2014
“Peşmərgə” Suriya ərazisində keçdi

İraq kürdlərindən ibarət silahlı dəstə - “Peşmərgə” Türkiyə sərhədindən Suriya ərazisinə keçib.

Simsar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, məqsəd Suriyanın Kobani şəhərini İŞİD terrorçu qruplamasından azad olunmasında iştirak etməkdir.

Məlumatda, həmçinin bildirilir ki, “Peşmərgə” sərhədi keçdiyi vaxt ABŞ aviasiyası İŞİD-in Kobanidəki mövqelərinə raket zərbələri endirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!