31 Oktyabr, 2014
Daha bir mədəni su basdı: 12 işçi dağıntılar altında

2010-cu ildə 60-dan çox mədənçinin öldüyü Kolumbiyadakı bir kömür mədənini su basıb.

ANS PRESS-in məlumatına görə, 12 mədənçi ilə əlaqə kəsilib. Mədənçilərin xilasetmə işləri 3 günədək çəkə bilər.

Cənubi Amerika ölkəsinin şimal-şərqində yerləşən kömür mədənində qəfildən yaranan su basqını nəticələrinin aradan qaldırılması üçün bölgəyə xeyli sayda xilasedici cəlb olunub.

Kolumbiyanın Dağ-qazma və Enerji Nazirliyindən verilən açıqlamada bildirilir ki, mədənçilərin xilas edilməsi üçün mümkün bütün işlər görülür.

Qeyd edək ki, 2010-cü ildə baş verən qəza zamanı 60-dan çox mədənçi həyatını itirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!