31 Oktyabr, 2014
Azəri Güneldən şad xəbər - ÖZƏL

Simsar.az xəbər verir ki,  iki həftə öncə 1 saylı Kliniki Tibbi Mərkəzdə ürək əməliyyatı keçirmiş Azəri Günelin atası, tanınmış klarnet ifaçısı Rəhman Zeynalov bu gün evə buraxılıb.  Bu xoş xəbəri Günel, oxucularımızla məmnunluqla bölüşdü:

"Sevincimin həddi-hüdudu yoxdur. Rəbbimiz atamı ailəmizə, sevdiklərinə təkrar bağışladı.

İnşAllah həkimlər icazə verdikdən sonra atam müayinə üçün Türkiyəyə gedəcək. Yaratdığınız imkandan yararlanıb, atamın sağlamlığına qovuşması üçün tanıyıb-tanımamağımdan asılı olmayaraq dua edən bütün pərəstişkarlarıma təşəkkür edirəm. Onların sevgisi məni hər zaman güclü edir".

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!