31 Oktyabr, 2014
Milli Şura noyabrın onuna mitinq təyin etdi

"Həm AXCP-də, həm də Milli Şurada müzakirələr başa çatdı. Milli Şuranın növbəti mitinqi təyin olundu. Mitinq noyabr ayının 10-da (iş günü deyil) saat 3-də "İnşaatçılar" metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək".

Simsar.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli facebook səhifəsində məlumat verib.

Partiya sədri bildirib ki, mitinq icra hakimiyyəti ilə razılaşdırılacaq: "İcra hakmiyyətinə müvafiq müraciət artıq göndərilib. Məncə, bu qərar yüzlərlə sosial şəbəkə fəalının təklif etdiyi, gözlənilən bir qərardır. Ölkəmizdə dəyişiklik istəyən fəal vətəndaşlarımıza, mübariz gəncliyimizə güvənərək bu qərarı verdik".

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!